Berti Foqts: Mənim üçün qələbə vacib deyil
15.10.2012 - 13:02
“Hazırda Rəşad Sadıqov müalicə olunur. Onun Rusiya ilə oyunda meydana çıxması üçün əlimizdən gələni edəcəyik. Komandanın kapitanı oynamayanda, çox çətin olur”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Berti Foqts deyib.
Almaniyalı mütəxəssis DÇ-2014-ün seçmə mərhələsinin Rusiya ilə sabah baş tutacaq oyunu ərəfəsində baş tutan mətbuat konfransında heyətlə bağlı danışıb.
Foqts zədəli müdafiəçi Rəşad Sadıqovun milli üçün vacibliyini vurğulayıb: “Rəşadın oynamayacağı halda onu kimin əvəzləyəcəyini mən də, köməkçim də bilir. Lakin bunu açıqlamaq istəmirəm. Mənə elə gəlir ki, Fabio Kapello üçün Sadıqovun oynayıb-oynamamağının elə də fərqi yoxdur. Amma bizim üçün fərqi var. Çünki Rəşad seçmə oyunlarda çox yaxşı təsir bağışlayıb. Meydana çıxacağı halda, ondan yenə eyni oyunu gözləyirik”.
Foqts yığmamızın az qələbə qazanmağından narahat olmadığını da açıqlayıb: “Mənim üçün Azərbaycan yığmasında qələbə elə də vacib deyil. Mən bura futbolu inkişaf etdirməyə gəlmişəm. Bilirdim ki, burada məğlubiyyətlərim çox olacaq. Mənim məqsədim Azərbaycan yığmasını Avropada ortabab səviyyəsinə qaldırmaqdır.”
Rəqib haqda sualların əksəriyyətini köməkçisi Olaf Yansenin cavablandırmasını lazım bilən Foqts Rusiya haqda öz fikirlərini də bildirib: “Rusiya yığması həmişə güclü olub: 3 il əvvəl də, indi də. Onların AVRO-2012-dəki uğursuzluğu sadəcə təəssüf doğurur. Onların sadəcə bəxtləri gətirmədi. Rəqibimiz ilk 2 oyunda fərqli, Portuqaliya ilə matçda başqa cür çıxış etdi”.
Almaniyalı mütəxəssis yığmamızın Moskvada qol vura biləcəyini mümkün sayır: “Ötən seçmə mərhələdə Almaniya yığmasına hər 2 oyunda qol vuran yeganə komanda Azərbaycan millisi oldu. Rusiyaya niyə qol vurmayaq ki? Bəlkə də lap 2 qol vurduq. Düzdür, Portuqaliya kimi komanda onlara qol vura bilmədi. Amma futbolda komanda oyunu var. İspaniya məhz belə oyun oynayır. Portuqaliya isə daha çox Kriştianu Ronaldonun fərdi oyunu ilə seçilir”.
Foqts matçın süni örtükdə keçirilməsinin problem olmadığını düşünür: “Oyunun süni meydanda keçirilməsi problem deyil. Azərbaycanda çox belə meydança var. “Lujniki”də isə ən yaxşı süni örtük mövcuddur. Burda oynamaq çətinlik yaratmamalıdır. Moskvaya tez gəlməyimiz buranın soyuq havasına uyğunlaşmaq məqsədi daşıyır”.
Almaniyalı hər dəfə olduğu kimi yenə klublarda aparılan işdən narazılıq ifadə edib: “Futbolçuları 10 günlük toplanışla ərzində nə qədər hazırlamaq olar. Bu iş klublarda aparılmalıdır”.

0
0