“Lujniki” tam dolmasa...
15.10.2012 - 14:11
“Lujniki” tam dolmasa...
“Biz Portuqaliya ilə oyunda çox güc sərf etmişdik. Bu matçdan sonra 3 gün istirahət etdik. Hər şey yaxşı olacaq”. Apasport.az saytının verdiyi məlumata görə, bu sözləri DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan yığmasının rəqibi olan Rusiya millisinin kapitanı İqor Denisov deyib.

“Zenit”in yarımmüdafiəçisi Azərbaycanla qarşılaşmaya tam kökləndiklərini bildirib: “Azərbaycanla oyuna maksimum köklənmişik. Azarkeşlərə Portuqaliya ilə oyunda göstərdikləri fantastik dəstəyə görə, minnətdarlığımı bildirirəm. Əgər sabah stadion ağzınacan dolmasa, bu bizə çox pis təsir edəcək”.

Qeyd edək ki, Rusiya – Azərbaycan matçı oktyabrın 16-da 20:00-da “Lujniki”də baş tutacaq.