Dmitri Kambarov: Azərbaycan müdafiədən oynayacaq
15.10.2012 - 14:26
“Düşünürəm ki, Portuqaliya ilə oyundan sonra artıq tam bərpa olmuşuq. Üstəlik, irəlidə hələ bütöv bir gün var. Yəqin elə bu səbəbdən məşqlər səhər tezdən başlayır”. Apasport.az saytının məlumatına görə, bu sözləri DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olan Rusiya yığmasının yarımmüdafiəçisi Dmitri Kambarov deyib.
“Spartak”ın futbolçusu yalnız qələbəyə oynayacaqlarını bildirib: “Əminəm ki, Azərbaycanla oyuna yaxşı formada çıxacağıq. Çətin oyun olacağını gözləyirəm. Birincisi ona görə ki, yenicə Portuqaliyaya qarşı heçdə asan olmayan qarşılaşma keçirmişik. İkincisi, rəqibin müdafiədən oynayacağı dəqiqdir. Əlbəttə ki, bizi yalnız qələbə razı sala bilər”.
Qeyd edək ki, Rusiya – Azərbaycan matçı sabah 20:00-da “Lujniki”də baş tutacaq.

0
0