“Azərbaycana qalib gələcəyik, amma hesabın necə olacağını bilmirəm”
15.10.2012 - 15:17
“Azərbaycana qalib gələcəyik, amma hesabın necə olacağını bilmirəm”
“Təxmin edə bilərəm ki, Azərbaycanla oyunda Kapello hücumu gücləndirəcək”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Volqa” klubunun baş məşqçisi Hacı Hacıyev Rusiya – Azərbaycan matçı barəsində danışarkən deyib.

Təcrübəli çalışdırıcı Rusiya yığmasının qalib gələcəyini bildirib: “Yığmamızın kifayət qədər geniş heyəti var. Bu o deməkdir ki, məşqçilər korpusu heyətlə bağlı müxtəlif dəyişikliklər edə bilər. Məncə, bu yalnız 1-2 mövqedə baş verəcək. Biz Azərbaycana qalib gələcəyik, amma hesabın necə olacağını bilmirəm”.

Qeyd edək ki, Rusiya – Azərbaycan matçı sabah 20:00-da “Lujiniki”də keçiriləcək.