Denis Qluşakov: Azərbaycan yığmasında heç kimi tanımıram
15.10.2012 - 15:19
“Düşünürəm ki, Azərbaycanla matçda anşlaq olmayacaq. Hər halda, oyun iş gününə düşür. Üstəlik, Portuqaliya ilə yox, Azərbaycanla oynayırıq. Amma yenə də azarkeşlərin dəstəyinə ümid edirik”. Apasport.az saytının verdiyi məlumata görə, bu sözləri Azərbaycan yığmasının DÇ-2014-ün seçmə mərhələsində rəqibi olan Rusiya millisinin yarımmüdafiəçisi Denis Qluşakov deyib.
O, Azərbaycanla oyunda çətin olacağını bildirib: “Düşünmürəm ki, Azərbaycan yığması zəif komandadır və çoxlu sayda qol vuracağıq. Rəqib müdafiədən oynayacaq. Buna görə də, bizə çox çətin olacaq. Qonaqları dəyərləndirməməkdən söhbət belə gedə bilməz. Ancaq qələbə haqda düşünürük. Azərbaycan yığmasında kimi tanıyıram? Prinsipcə, heç kimi...”
Qeyd edək ki, Rusiya – Azərbaycan matçı oktyabrın 16-da 20:00-da “Lujniki”də baş tutacaq.

0
0