“Azərbaycanla oyunda xal itirmək axmaqlıq olar”
15.10.2012 - 15:34
“Düşünürəm ki, Rusiya Azərbaycana qalib gələcək”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Terek”in baş məşqçisi Stanislav Çerçesov deyib.
Qroznı klubunun çalışdırıcısı Portuqaliyaya qalib gələn komandanın Azərbaycanla matçda xal itiməməli olduğunu bildirib: “Düzdü, futbolda planlaşdırılmış qələbələr olmur. Amma Portuqaliya üzərində qələbə qazandıqdan sonra Azərbaycanla oyunda xal itirmək axmaqlıq olar. Azərbaycanlılar artıq Portuqaliya ilə oyunda sübut etdilər ki, hər bir komandaya çətin anlar yaşada bilərlər. Mən düşünürəm ki, Fabio Kapello rəqibi lazımınca təhlil edib. Çətin oyun olacaq, amma bizimkilər 2:0 hesabı ilə qalib gələcəklər. İstərdim ki, İqor Akinfeyev quru oyunlar seriyasını davam etdirsin”
Qeyd edək ki, Rusiya – Azərbaycan matçı oktyabrın 16-da 20:00-da “Lujniki”də baş tutacaq.

0
0