“Kerjakov və Şirakov qol vuracaq, yığmamız 2:0 hesabı ilə qalib gələcək”
15.10.2012 - 16:45
“Fikrimcə, Azərbaycanla oyuna Tarasovu əsas heyətdə meydana buraxmaq olar. Hər halda, baş məşqçinin əlinin altında Denisovu əvəz edəcək biri olmalıdır. Ola bilsin Dzaqoyevə şans verilə. O, Fayzulinin yerinə oynaya bilər”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiya yığmasının veteran futbolçusu Aleksandr Panov deyib.
Keçmiş hücumçu Rusiya yığma komandasının inamlı qələbəsini görmək istədiyini bildirib: “İstərdim ki, milli komandamızın inamlı qələbəsini görüm. Axı Azərbaycan elə də qorxulu rəqib deyil. Amma, əlbəttə ki, onlar özlərini göstərmək üçün alışıb yanacaqlar. Komandamız çox diqqətli olmalıdır. Əminəm ki, Kapello futbolçuları psixoloji cəhətdən düzgün hazırlayacaq ki, səhvlərə yol verməsinlər. 2:0 hesablı qələbəyə qoyuluş edərdim. Qolları Kerjakov və Şirokov vuracaq”.
Qeyd edək ki, Rusiya – Azərbaycan matçı oktyabrın 16-da 20:00-da “Lujniki”də baş tutacaq.

0
0