“Sabah “Barselona”nın oyununa bənzər matç izləyəcəyik” - MÜSAHİBƏ
15.10.2012 - 16:59
Rusiya Məşqçiləri Birliyinin sədri Mixail Gerşkoviç müsahibə verib. Apasport.az saytının məlumatına görə, mütəxəssis DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində sabah keçiriləcək Rusiya – Azərbaycan oyunu haqda fikirlərini də açıqlayıb.
- Necə düşünürsünüz, azərbaycanlılar sabahkı oyunda sürpriz edə bilər?
- Bugünkü vəziyyətdə rəqiblər müqayisəyə gəlmir. Millimiz matça konsentrasiya ilə çıxsa, hər şey qaydasında olacaq. Komandamızın büdrəyəcəyini gözləmirəm. Əksinə, Portuqaliya ilə matç futbolçularımızı ruhlandırıb. Təbii ki, Portuqaliya və Azərbaycan futbolçularının ustalıq səviyyəsi də müqayisə olunmazdır. Ümid edirəm ki, baxımlı, ən əsası məhsuldar oyun olacaq.
- Hamı Berti Foqtsun yetirmələrindən müdafiə futbolu gözləyir. Bu problem yaratmayacaq ki?
- Əlbəttə ki, bu dəfə Portuqaliya ilə oyundakı kimi oynamayacağıq. Lakin Fabio Kapellonun yetirmələrinin səviyyəsi daha yüksəkdir. Bir sözlə, problem yaranmayacaq.
- Heyətdə dəyişikliklər olacağını gözləyirsiniz?
- Alan Dzaqoyevin hücumu gücləndirəcəyini gözləyirəm. O, həmişə müdafiə olunan rəqibə qarşı yaxşı oynayır. Əsas odur ki, oyunçularımızın səviyyəsinə görə azərbaycanlıları məğlub etməliyik. Komandamıza yalnız rəqibi qiymətləndirməmək mane ola bilər.
- Matçın süni örtükdə keçirilməsi haqda nə deyə bilərsiniz?
- Bunu üstünlük saymazdım. Yalnız MOİK və “Spartak”ın üzvləri belə meydanlarda daha çox oynayır.
- Rusiya yığması Azərbaycanı məğlub edəcək?
- Ümid edirəm ki, hə. Hesab da böyük əhəmiyyət kəsb edir. Düşünürəm ki, bu matç təkcə 3 xal üçün deyil, həm də futbolçularımızın qüvvəsini sınaması üçün lazımdır. Görək onlar özünü necə hiss edir.
- Fiziki hazırlığı deyirsiniz?
- Yox. Fiziki planda əminəm ki, hər şey qaydasındadır. Mənə maraqlıdır ki, onlar rəqibin müdafiə futboluna qarşı necə oynayacaqlar. Axı Azərbaycan millisinin müdafiədən oynayacağı məlumdur. Biz sabah “Barselona”nın, başqa komandalarla qarşılaşmalardakı oyununa bənzər bir matç izləyəcəyik. Kataloniyalılar mövqeyi hücumu yaxşı bacarırlar. Bizimkilərin bunu necə bacardığını isə sabah görəcəyik. Portuqaliya ilə səfər oyunundan başqa bütün matçlarda belə oynamalıyıq.

0
0