“Azərbaycanla oyun yaxşı getməsə, komandamızı fitə basacaqlar”
15.10.2012 - 17:36
“Mən azarkeşlərimizi tanıyıram. Əgər Azərbaycanla oyun yaxşı getməsə, onlar komandamızı fitə basacaqlar”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiya milli komandasının sabiq futbolçusu Konstantin Zıryanov deyib.
“Zenit”in şərəfini qoruyan futbolçu yığmamızla oyunun Portuqaliya ilə matçdan daha çətin keçəcəyini bildirib: “İstərdim ki, komandamız rəqibi möhtəşəm oyunla “doğrasın”. Amma Azərbaycanla oyun çox çətin alınacaq. Hətta deyərdim ki, Portuqaliya ilə matçdan da. Biz mütləq qol vurmalıyıq. Ümid edirəm ki, uşaqlar 1-ci hissədə rəqib qapısından top keçirib, yığmamızı asanlıqla qələbəyə daşıyacaqlar”.
Qeyd edək ki, Rusiya – Azərbaycan matçı oktyabrın 16-da 20:00-da “Lujniki”də baş tutacaq.

0
0