Ronaldo və Messi eyni komandada!
15.10.2012 - 19:00
Ronaldo və  Messi eyni komandada!
Dünyanın ən məşhur rəqib futbolçularından sayılan Kriştianu Ronaldu ilə Lionel Messi eyni komandada çıxış edəcək. Lent.az-ın məlumatına görə, İspaniyanın “Real Madrid” və “Barselona” klublarının oyunçuları Rivaldonun vəqfi üçün keçiriləcək xeyriyyə matçında çiyin-çiyinə top qovacaqlar.

Bununla da futbol azarkeşlərinin illərdir qurduğu xəyallar reallığa çevriləcək. Oyunun tarixi hələ dəqiqləşməyib.