Dmitri Kombarov: Hamı bilir ki, bizə qələbə lazımdı – MÜSAHİBƏ
15.10.2012 - 23:09
Rusiya yığmasının yarımmüdafiəçisi Dmitri Kombarov “Sport Ekspress” qəzetinə müsahibə verib. Apasport.az saytının xəbərinə görə, Moskva “Spartak”ının futbolçusu 2014-cü il dünya çempionatının seçmə qrup mərhələsində bu gün millimizlə keçiriləcək oyunu barədə danışıb.
- Komandanın oyun öncəsi ümumi vəziyyətini necə qiymətləndirərdiniz? Portuqaliya ilə oyundan sonra bərpa ola bilmisiniz?
- Düşünürəm ki, hə. Güman edirəm ki, oyuna kimi yaxşı formada olacağıq. Prinsipcə, Portuqaliya ilə oyundan sonra ağır məşqlər və yüklənmə olmayıb. Kapello özü də ciddi şəkildə bizi yükləmir, çünki futbolçular klubdan gəliblər və orada kifayət qədər məşq ediblər.
- Azərbaycanla oyun haqda nə düşünürsüz?
- İstənilən halda, çətin olacaq. Biz Portuqaliya ilə ağır sınağa çıxdığımız halda, Azərbaycan dincəldi. Rəqib yəqin ki, müdafiədən oynayacaq. Bir sözlə, asan olmayacaq, amma bununla belə hamı başa düşür ki, bizə ancaq qələbə lazımdır.
- Portuqaliya ilə oyundan sonra bu oyuna köklənmək çətin olmadı?
- Şəxsən mənim üçün yox.
- Məşqçilər heyəti hazırlıqlara bu qədər tez başlamağınızın səbəbini sizə başa salmadı?
- Başa salmadılar, amma düşünürəm ki, bərpa üçün bizim kifayət qədər vaxtımız oldu.

0
0