Kapitanımız ad günündə üzüldü
15.10.2012 - 23:04
"Görüşə çox yaxşı başladıq, ilk setdə əla oynadıq. Lakin sonradan rəqib təşəbbüsə yiyələndi. Buna səbəb bizim səhvlərə yol verməyimiz oldu". Bunu apasport.az saytının Dohaya ezam olunmuş əməkdaşına açıqlamasında "Sollis Nestle" ilə matçdan sonra "Rabitə"nin kapitanı Mira Qoluboviç deyib.
Təcrübəli voleybolçu üçün oktyabrın 15-i xüsusi əhəmiyyət daşıyırdı. Belə ki, xorvatiyalı legionerimiz həmin gün mundialın ilk matçında Olimpiya çempionlarının yer aldığı braziliyalılara qarşı oynamaqla yanaşı, həm də ad gününü - 36 yaşını qeyd edirdi.
Matçdan öncə klub prezidenti Cəlil Cəfərov tərəfindən gül dəstəsi təqdim edilən Mira doğum günündə 1:3 hesablı məğlubiyyətin onların növbəti matçına təsir göstərməyəcəyini deyib: "Komandamızda yeni voleybolçular üstünlük təşkil edir və biz oyundan-oyuna daha yaxşı çıxış edəcəyik. Sadəcə, bir qədər vaxta ehtiyacımız var. Hamımız yaxşı bilirik ki, ikinci matçımızda "Bohay Bank"a qalib gəlməliyik. Bunun ardınca isə yenidən finalda "Sollis Nestle" ilə qarşılaşmaq ehtimalımız var. İnanıram ki, növbəti oyunlarda daha yaxşı çıxış edəcəyik".

0
0