Yalnız Rəşad Sadıqov
16.10.2012 - 08:25
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən populyar futbolçusunun seçimi ilə bağlı sorğuya başlayıb. Apasport.az saytının məlumatına görə, səsverməyə qatılacaq azarkeşlərə namizəd futbolçuların siyahısı təqdim olunub. Qurumun ölkələrdəki nümayəndələrinin rəyinə əsasən hazırlanan siyahıda Azərbaycanın 1 nümayəndəsi var. Bu Azərbaycan milli komandasının və Ağdamın “Qarabağ” klubunun kapitanı Rəşad Sadıqovdur. O, planetin ən populyar oyunçusu adına layiq 178 futbolçu sırasındadır.
0
0