“Rusiya yığması 2:0 hesabı ilə qalib gələcək”
16.10.2012 - 08:57
“Azərbaycanla oyun Portuqaliya ilə qarşılaşmamıza bənzəyəcək. Lakin bu dəfə əks istiqamətdə olacaq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiya milli komandasının sabiq futbolçusu Aleksandr Mostovoy deyib.
Futbol veteranı DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində bu gün keçiriləcək Rusiya – Azərbaycan oyunu haqda fikirlərini açıqlayıb: “Rusiya yığması bu qarşılaşmada dominantlıq edəcək. Üstünlüyə malik olacaq yığmamız hansısa epizodun birində qol da vuracaq. Bundan sonra isə matçı sona çatdırmaq qalır. Rusiya yığmasının 2:0 hesabı ilə qalib gələcəyini düşünürəm. Portuqaliya üzərində qələbədən sonra millimizin üzvlərində emosional yüksəliş var. Elə qələbədən sonra indi xal itirmək olmaz. Hamı bilir ki, Azərbaycan elə də çətin rəqib deyil”.

0
0