“Onlar anlayırlar ki, papaqları göyə tullamaq hələ tezdir”
16.10.2012 - 09:11
“İndi rusiyalılar bizim qrupun şəriksiz lideridirlər”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının sabiq futbolçusu Vyaçeslav Lıçkin deyib.
Keçmiş yarımmüdafiəçi yığmamızın sərgilədiyi oyunu bəyənmədiyini bildirib: “Mən Braqada keçirilən Portuqaliya - Azərbaycan matçının 1-ci hissəsini izlədim. Zənnimcə Berti Foqtsun yetirmələri layiqli oyun sərgiləmədilər, baxmayaraq ki, 1-ci yarı heç-heçə bitmişdi. Amma mən həmin oyunda Portuqaliyanın yaratdığı bir çox qol epizodu gördüm. Bəli bizimkilərin bəxti gətirirdi. Biz çalışırdıq ki, müdafiə olunaq. Ancaq çox istərdim ki, hücum futbolu oynasınlar. Rusiya yığmasına gəldikdə, Fabio Kapellonun yetirmələri anlayırlar ki, papaqları göyə tullamaq hələ tezdir”.
Lıçkin Rusiya yığmasının milli komandamıza qalib gəlməli olduğunu deyib: “Əlbətdə ki, Azərbaycan yığmasının səviyyəsi Rusiya millisininkindən aşağıdır. Əgər Rusiya Azərbaycan kimi komandalardan da xalımızı ala bilmirsə, onda futbol onlarlıq deyil”.
Qeyd edək ki, Rusiya _ Azərbaycan matçı bu gün 20:00-da “Lujniki”də baş tutacaq.

0
0