“Rusiya - Azərbaycan matçı 1:1 hesabı ilə bitəcək” - MÜSAHİBƏ
16.10.2012 - 11:00
Azərbaycan yığmasının sabiq futbolçusu Narvik Sirxayev Rusiya mətbuatına müsahibə verib. Apasport.az saytının xəbərinə görə, “Anji” klubunda baş direktorun müavini vəzifəsində çalışan Sirxayev bu gün baş tutacaq Rusiya – Azərbaycan oyunu ilə bağlı fikirlərini açıqlayıb.
- O vaxt Azərbaycan yığmasının təklifini qəbul etməklə, Rusiya millisinin şərəfini qorumaq şansını itirmiş oldunuz. Buna təəssüflənmirsiniz?
- Mənə Azərbaycandan təklif gələndə, Rusiya yığmasından dəvət almaq perspektivim yox idi. Şərəfini qoruduğum “Anji” I divizionda mübarizə aparırdı, məni isə milli komandaya dəvət etmişdilər. Hansı ölkənin komandası olursa olsun, bu yığma səviyyəsində təklif idi. Çox böyük təcrübə qazandım. Ağzınacan dolu tribunalar qarşısında Avropanın böyük yığmalarına qarşı oynadım. Bir sözlə, heç nəyə təəssüflənmirəm.
- Sonradan karyeranız yüksələn xətt üzrə davam etdi və Rusiya çempionatının ən yaxşı yarımmüdafiəçilərindən biri hesab olunurdunuz.
- O zaman yığma karyeramın başqa cür alına biləcəyinə dair ağlıma müxtəlif fikirlər gəlirdi. Ancaq artıq nəyisə dəyişmək qeyri-mümkün idi. Elə bu səbəbdən də mən bütün diqqətimi klubdakı çıxışıma yönəltdim.
- Azərbaycan yığması Berti Foqtsun rəhbərliyi altında inkişaf edir?
- Bəli, komanda mərhələdən mərhələyə inkişaf edir. Bu seçmə mərhələdə Foqtsun yetirmələri İsrail üzərində qələbə qazana bilərdilər. Sadəcə, əllərinə düşən qol epizodlarında istifadə edə bilmədilər. Portuqaliya ilə qarşılaşmada isə Azərbaycan böyük hesablı məğlubiyyətə layiq deyildi, amma nə etmək olar, tale belə gətirdi.
- Azərbaycan yığmasından Moskvadakı qarşılaşmada nə gözləyək?
- Azərbaycanlılar müdafiədən oynayıb, əks-hücumlardan istifadə edəcəklər. Çox güman Foqts meydana 5 müdafiəçi, 4 yarımmüdafiəçi və 1 hücumçu buraxacaq. İnanın ki, Cihan Özkara və Vaqif Cavadov Rusiyaya problemlər yarada biləcək gücdədirlər. Fərdi cəhətdən ruslar dəfələrlə güclüdürlər. Azərbaycan yalnız düzgün qurulmuş kollektiv oyuna ümid edə bilər. Futbolçularımız hər an bir birini sığortalamağa və standart vəziyyətlər zamanı diqqətli olmalıdırlar.
- Bu seçmə mərhələdə Azərbaycan nəyə ümid edə bilər?
- 4-cü yer uğrunda vuruşacaq. Bütöv Azərbaycan üçün bu yaxşı nəticə hesab olunacaq.
- Rusiya - Portuqaliya oyununa baxmısınız?
- Təəssüf ki, yox. Mənim uzun uçuşum var idi. Ancaq oyundan fraqmentlərə baxmışam. Rusiya yığması italyan üslubunda oynadı, qapının toxunulmazlığına xüsusi diqqət yetirirdilər. Ümumilikdə, rusiyalı futbolçuların oyunundan xoşum gəldi. Ancaq elə təəssürat yaranırdı ki, portuqallar hesabı bərabərləşdirməli idilər.
- Rusiya – Azərbaycan matçına proqnozunuz?
- Futbol çox gözlənilməz idman növüdür. Təxmin edirəm ki, matç 1:1 hesabı ilə bitəcək.
“İzvestiya”

0
0