“Neftçi”nin futbolçusu üçün Xosep Qvardiola
16.10.2012 - 11:33
“Neftçi”nin futbolçusu üçün Xosep Qvardiola
“Barselona”dakı fəaliyyəti ilə məşhurlaşan Xosep Qvardiaola çalışmaq üçün daha bir təklif alıb. Apasport.az saytının məlumatına görə, mütəxəssis Çili millisinin baş məşqçisi postuna namizəddir.

Belə ki, Çili Futbol Federasiyası Qvardiolanı yığmanın “sükanı arxasında” görmək istəyir.

Baş məşqçi postundakı dəyişiklik “Neftçi”nin çilili futbolçusu Nikolas Kanales üçün də təsirsiz ötüşməyə bilər. Çünki milliyə namizədlərdən olan hücumçunun son vaxtlar çağırılmadığı yığmaya yeni çalışdırıcının gəlməsi ilə dönməsi mümkündür.