Beto: Ronaldo kimi futbolçu olmaq istəyirdim
16.10.2012 - 13:09
“Ölkənizə uyğunlaşmaqda çətinlik çəkmədim. Çünki Türkiyə və Azərbaycan arasında elə də ciddi fərq yoxdu”. Bu sözləri apasport.az saytına “Xəzər Lənkəran”ın braziliyalı hücumçusu Andre Roberto Soares deyib.
Mövsümün startından sonra cənub təmsilçisinə transfer olunan “Beto” ləqəbli forvard Türkiyənin “Qaziantepspor”, “Bucaspor” və “Mersin İdman Yurdu” klublarında oynayıb.
Braziliyalı ölkəmizə məhz Mersin təmsilçisinin düşərgəsindən gəlib. Əslində, hər kəs Betodan ilk günlərdə qol gözləsə də, futbolçunun məhsuldarlığı aşağıdır. Təsadüfi deyil ki, baş məşqçi Yunis Hüseynov da braziliyalını ehtiyatda saxlayıb, matçın gedişində meydana buraxır.
Amma futbolçu bunun uyğunlaşma ilə bağlı olmadığını qeyd edib: “Problem oynamamağım və məşq etməməyimlə bağlıdır. Bu da zamanla həllini tapacaq. Formaya düşdükdən sonra mən də sözümü deyəcəm”.
Beto komandasının bir müddətdir “uğursuzluq zolağı”na düşməsi ilə bağlı da fikirlərini açıqlayıb. Onun fikrincə, 3 xallıq sistemdə liderlə xal fərqini tezliklə azaldacaqlarına inanır:
“Futbolda üç nəticə - qələbə, heç-heçə və məğlubiyyət var. Hazırkı situasiya isə hər bir klubun başına gəlir. Unutmaq lazım deyil ki, rəqiblərimizin heyətində də 11 futbolçu meydana çıxır və onlar da qələbə qazanmaq istəyirlər. Çətin vəziyyəti unutmaq, birləşmək və bu vəziyyətdən çıxmaq lazımdır”.
O, komandasının mövsümün sonunda mükafatçılar sırasına düşəcəyinə də ümidini itirməyib: “Mövsüm hələ yeni başlayıb. Bir qədər əvvəl sonuncu pillədə idik. AZAL üzərindəki qələbə 8-ci pilləyə yüksəlməyimizə gətirib çıxardı. Növbəti 3 xal daha da irəliləməyimizi təmin edəcək. Qazanılacaq qələbələri nəzərə alsaq, məqsədimizə nail olacağıq. Yaxşı klubumuz, kollektivimiz var. Biz qızıl medallar üçün mübarizə aparırıq”.
Beto Braziliyada futbol “ulduz”larının kifayət qədər olduğunu, buna baxmayaraq, onlar arasında özü üçün kumir hesab ediləcək birini seçdiyini bildirib. Sən demə, Lənkəran təmsilçisinin hücumçusu Ronaldonun pərəstişkarı imiş: “Ronaldo mənim kumirimdir. Baxmayaraq ki, karyerası ərzində ağır zədələrdən çıxdı. Yenə də parladı, özünü sübut etdi. Uşaqlıqdan arzum onun kimi futbolçu olmaq idi”.

0
0