“Azərbaycan yığmasından güclü müqavimət gözləməliyik”
16.10.2012 - 13:48
“Düşünürəm ki, Kapello Azərbaycanla qarşılaşmada Dzaqoyevə əsas heyətdə yer verəcək. Belə oyunlarda qeyri-standart qərarları ilə seçilən futbolçu lazımdır”. Apasport.az saytının məlumatına görə, bu sözləri tanınmış rusiyalı mütəxəssis Aleksandr Tarxanov deyib.
Təcrübəli çalışdırıcı bu oyunda rusların qalib gələcəyinə şübhəsi olmadığını bildirib: “Şübhə etmirəm ki, bu gün Rusiya yığması qalib gələcək. Düşünürəm ki, Azərbaycandan yaxşı təşkil olunmuş oyun, fədakarcasına mübarizə və güclü müqavimət gözləməliyik. Onlar böyük qüvvə ilə müdafiə olunaraq, bizim səhvimizi gözləyəcəklər. Aydındır ki, biz rəqibdən futbolçularımızın fərdi keyfiyyətlərinə görə və komanda şəklində üstünük. Bu səbəbdən onların açıq oyuna üstünlük verəcəyini düşünməyin. Zənnimcə, milli komandamız 3:0 hesabı ilə qalib gələcək”.

0
0