Felipe Melo: Heç vaxt "Fənərbaxça"da oynamaram
16.10.2012 - 15:15
Felipe Melo: Heç vaxt "Fənərbaxça"da oynamaram
"Qalatasaray"ın braziliyalı futbolçusu Felipe Melo qonaq olduğu "GStv"dəki bir verilişdə maraqlı açıqlamalar verib. Apasport.az saytının xəbərinə görə, futbolçu "sarı qırmızılı" komandaya olan sevgisindən və gələcək karyerasından danışıb: "Gələcək komandam haqqında danışa bilmərəm, çünki "Yuventus"la davam edən müqaviləm var. Ancaq "Qalatasaray"a çox tez öyrəşdim və burada çox xoşbəxtəm. İndi fikrimdə ancaq klubumun Avropada və daxili çempionatda uğurlu olmağı var. "Flamenqo" klubunun azarkeşiyəm, amma ikinci komandam "Qalatasaray"dı. Keçən il çempion olduq və burada çox gözəl anlar yaşadım. Ona görə də "Qalatasaray" mənim üçün "Flamenqo" qədər önəmlidi. Mən əla bir "Qalatasaray"lıyam və heç vaxt "Fənərbaxça"da oynamaram. Burada unudulmaz xatirələrim, yaxşı dostlarım və oynadığım yaxşı futbolum var. Ona görə də klubumun əzəli rəqibində heç vaxt oynaya bilmərəm".