“Azərbaycanla oyunda darmadağınla qalib gələcəyik”
16.10.2012 - 15:27
“Azərbaycanla oyunda darmadağınla qalib gələcəyik”
“Azərbaycan yığması ilə oyunda hücum futbolu olacaq. Biz bu qarşılaşmada darmadağınla qalib gələcəyik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiya milli komandasının sabiq futbolçusu Aleksandr Panov deyib.

O, DÇ-2014-ün bu gün keçiriləcək Rusiya – Azərbaycan oyunu haqda fikirlərini açıqlayıb: “Ümumilikdə, futbolçularımız seçmə mərhələyə yaxşı hazırlaşıblar. Bunun nəticəsidir ki, ardıcıl 3 qələbə qazanmışıq. Portuqaliya üzərində qələbə Azərbaycanla görüş öncəsi nikbinlik yaradıb. Bu oyun nəticə baxımından müsbət nəticələnməlidir. İlin sonu olduğunu nəzərə alsaq, fasiləyə qələbə ilə və lider kimi yollanmaq istəyirik”.

Qeyd edək ki, Moskvada baş tutacaq Rusiya – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.