Branimir Subaşiç: Üzülməyə dəyməz
16.10.2012 - 21:00
Branimir Subaşiç: Üzülməyə dəyməz
“Azərbaycanda keçirilən 17 yaşadək qızlardan ibarət yığma komandaların final oyunu xoşuma gəldi. Fransa ilə Şimali Koreya milliləri arasında matç məni xoş mənada təəccübləndirdi”. Bu fikirləri apasport.az saytına açıqlamasında Azərbaycan millisinin futbolçusu Branimir Subaşiç deyib.

“Xəzər Lənkəran”ın milliləşdirilən serbiyalı hücumçusu ölkəmizdə başa çatan 17 yaşadək qızlardan ibarət yığma komandaların dünya çempionatını qiymətləndirib.

Subaşiç Fransa və Şimali Koreya yığmaları arasında birincilərin penaltilərlə qalib gəldiyi final oyununu Tofiq Bəhramov adına Respublika stadionunda izləyib: “İlk hissədə Fransa, fasilədən sonra Koreya yaxşı oynadı və hərəyə 1 qol vurdular. Düz sözümdür, belə gözəl oyunu görəndə, çox təəccübləndim. Matç mənə müsbət hisslər yaşatdı. Bunu sizə sözlə çatdıra bilmirəm. Onlar necə gözəl oynayırdılar? Oyunun məzmunu, rəngarəngliyi, futbolçuların düşüncələri məni valeh etdi. Final matçını çox bəyəndim. Cəmi 17 yaşı olan qızlar belə ağıllı oynayırlar...”.

Branimir turniri izləyə bilmədiyinə görə təəssüflənib: “Təəssüf ki, yarışın çox oyunlarını izləyə bilmədim. Deyə bilmərəm ki, bu çempionat mənə maraqsız idi. Sadəcə, ya məşq, ya da olduğundan, vaxt olmurdu və buna görə izləyə bilmədim. Bilirəm ki, Azərbaycan yığması hər 3 oyunda uduzdu. Ancaq eybi yoxdur, ilk dəfədir belə yarışda oynayırlar. Üzülməyə dəyməz. Azərbaycan – Nigeriyaya 0:11 hesabı ilə uduzduğu oyunun ev matçlarımızı keçirdiyimiz Lənkəranda olduğunu bilirəm. Ancaq həmin vaxt stadionda deyildim. Artıq bir ay olar Lənkərana getmirəm. Bu müddətdə Bakıda olmuşuq”.

Qeyd edək ki, “Xəzər Lənkəran”ın qızların oyunları Lənkəranda keçirildiyindən, bu müddətdə doğma məkandan ayrı düşməli oldu.

Mehman SÜLEYMANOV