Fabio Kapello: Mən hələ oyundan öncə demişdim ki...
16.10.2012 - 21:33
Fabio Kapello: Mən hələ oyundan öncə demişdim ki...
“Mən hələ oyunda əvvəl demişdim ki, Azərbaycan yığması ilə oyun asan olmayacaq. Çünki rəqibimiz cari seçmə mərhələdə ilk hissədə qol buraxmayıb”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Rusiya milli komandasının baş məşqçisi Fabio Kapello deyib.

İtaliyalı çalışdırıcı 2014-cü il dünya çempionatının seçmə mərhələsində Azərbaycan yığmasına 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında nəticəni dəyərləndirib.

Kapellonun sözlərinə görə, millimizi Berti Foqtsun vaxtında daha yaxşı müdafiə olunur: “Bizim üçün əsas 3 xal idi ki, onu da qazandıq. Qol imkanlarımızdan yaxşı istifadə edə bilmədik. Buna görə erkən qol vura bilmədik. Ancaq meydanda biz yox, rəqib də var. Deməli, onlar meydanda əla hərəkət edirdilər, Bizim bəxtimiz də gətirmədi. Qoldan sonra 2 qol imkanımız oldu. Daha tez qol vursaydıq, oyunun axarı başqa cür olardı”.