Millimiz “Marbelya kuboku”na məğlubiyyətlə başladı
17.10.2012 - 10:15
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, almaniyalı baş məşqçi Bernard Lippertin yetirmələri İspaniyada keçirilən “Marbelya kuboku”nda ilk matçına çıxıb.
Yığmamız ABŞ millisi ilə qarşılaşıb. Görüş şimali amerikalıların qələbəsi ilə başa çatıb – 3:2. Yığmamızın qollarını 20-ci və 75-ci dəqiqələrdə Tural İsgəndərov vurub. O, əvvəl hesabı bərabərləşdirib (1:1), sonra isə matçın son qolunu vurub.

0
0