Əfqan Talıbovdan təşəkkür və tərəddüd
17.10.2012 - 11:07
“Komanda tam heyətlə hazırlaşır. Məşqlərimizi gündə bir dəfə olmaqla həyata keçiririk”. Bu sözləri apasport.az saytına “Turan” klubunun baş məşqçisi deyib.
Əsgər Abdullayevin istefasından sonra komandanın “sükanı arxası”na gətirilən Talıbov artıq çalışmalara özü rəhbərlik edir. Futbolçularla fərdi söhbət edən çalışdırıcı onların nəyə qadir olduğunu müəyyənləşdirmək üçün ikitərəfli oyun da keçirib. Əvəzedici heyətdən də bir neçə futbolçunu bu oyuna cəlb edən baş məşqçi çatışmazlıqlarla bağlı ölçü götürüb: “Andrey Popoviç U-21-lə İspaniyaya yollanıb. Antonio Rukavina isə şəxsi işləri ilə əlaqədar Xorvatiyaya getmişdi. O, bu gün günorta saatlarında komandaya qoşulacaq.
Məşqlərimizi gündə bir dəfə keçirik. Dünən isə ikitərəfli oyun təşkil etdik. Bura əvəzedici komandadan da bir neçə futbolçunu cəlb etmişdik. Futbolçularda aşkarladığımız nöqsanlar üzərində fərdi olaraq çalışırlar. Ümumi məşqimiz saat 16.00-da başladığından, onlar səhər çalışırlar”.
Sələfi haqda da xoş sözlər söyləyən mütəxəssis nizam-intizamın yüksək olduğunu qeyd edib. O, komandadakı ab-havanın isə tədricən düzələcəyinə inanır: “Futbolçular bir-iki məğlubiyyətdən sonra adətən susqun olurlar. Xal ehtiyatımızı artırdıqca, əhval-ruhiyyə də qaydasına düşəcək. Bunun üçün həm klub rəhbərliyi tərəfindən, həm də kənardan dəstək olmalıdır. Futbolçular arasında münasibət, nizam-intizam çox yüksək səviyyədədir. Bunun üçün də Əsgər Abdullayevə təşəkkür edirəm”.
Bu arada baş məşqçiyə kömək edəcək məşqçilərdən birinin kimliyi müəyyənləşib. Əfqan Talıbova əvəzedici komandanın baş məşqçisi Nizami Ocaqverdiyev kömək edəcək: “Nizami Ocaqverdiyev birinci köməkçim olacaq. Qapıçılarla isə yenə Eldəniz Hüseynov çalışacaq. Metodiki işlər üzrə köməkçi məsələsində tərəddüd edirəm. Əsgər müəllimin vaxtında bu işi Sakit Rzayev görürdü. Onun komandada qalıb-qalmayacağı yaxın vaxtlarda dəqiqləşəcək. Nəzərimdə tutduğum biri var. Amma bu elə işdir ki, gərək həmin məşqçi daim komandanın yanında olsun. Gətirməyi düşündüyüm mütəxəssis isə Tovuzda yaşamır. Ona görə bir qədər tərəddüd edirik. Çünki daim burda qalmaya da bilər”.
Sonda qeyd edək ki, Əfqan Talıbovla anlaşma mövsümün sonuna qədərdir.

0
0