Abdulla Avcı: İstefamla heç nə dəyişən deyil
17.10.2012 - 12:06
“İstefa haqda düşünmürəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri Türkiyə yığmasının baş məşqçisi Abdulla Avcı deyib.
Macarıstana məğlubiyyətdən sonra hər kəs Avcının istefa verəcəyini gözləsə də, mütəxəssis başqa cür düşünür: “Türk futbolunun problemi baş məşqçi deyil. Ayıb bir iş görmədik. Cinayət işlətmədim. Yaxşı şeylər etməyə çalışıram. Türk futbolunun problemi sabitlik, davamlılıq və inkişafdır. Mən getməklə heç nə dəyişən deyil. Biz TFF ilə birlikdə bu problemləri həll etməyə çalışırıq. Məqsədimiz tək yığma komanda ilə uğur qazanmaq yox, türk futbolunun bütün problemlərini həll etməkdi”.
Qeyd edək ki, Türkiyə yığması qrupda keçirdiyi 4 qarşılaşmanın 3-də məğlub olub ( Hollandiya 0:2, Rumıniya 0:1, Macarıstan 1:3), yalnız 1 qələbə qazanmaqla (Estoniya 3:0) qrupda 4-cü yeri tutur. Onlar böyük ölçüdə Braziliyaya vəsiqə qazanmaq şansının itiriblər.

0
0