Hakimin Messidən xahişi: Gəl, şəkil çəkdirək
17.10.2012 - 13:50
DÇ-2014-ün seçmə mərhələsində keçirilən Çili – Argentina oyununda maraqlı hadisə baş verib. Apasport.az saytının məlumatına görə, matçın fasiləsində yan xətt hakimi Nikolas Yeqros Lionel Messiyə yaxınlaşıb, onunla xatirə çəkdirmək istədiyini bildirib. Bunu gülüşlə qarşılayan argentinalı hücumçu hakimin xahişini yerə salmayıb.
Qeyd edək ki, Çili – Argentina oyunu 1:2 hesabı ilə başa çatıb. Bu matçda hesabı məhz Messi açıb.
Qeyd edək ki, Çili – Argentina oyunu 1:2 hesabı ilə başa çatıb. Bu matçda hesabı məhz Messi açıb.
0
0