“Azərbaycan Rusiyanın 4 gün əvvəlki oyununu göstərdi”
17.10.2012 - 13:56
“Azərbaycan yığması qrupun autsayderidir. Lakin millimizin qələbəsi əzab-əziyyətlə başa gəldi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiya futbolunun veteranı Aleksandr Bubnov deyib.
Daha çox Moskva təmsilçiləri - “Dinamo” və “Spartak”dakı çıxışları ilə tanınan SSRİ millisinin sabiq üzvü DÇ-2014-ün seçmə mərhələsinin Rusiya – Azərbaycan oyunu haqda danışıb: “Oxşar mənzərəni Portuqaliya ilə matçda da müşahidə etmək olardı. Həmin görüşdə Fabio Kapellonun yetirmələri deyil, portuqaliyalılar hücum edən tərəf idi. Azərbaycan Rusiyanın 4 gün əvvəlki oyununu göstərdi”.

0
0