“Hətta Rusiya millisi də Azərbaycanı çətinliklə məğlub etdi”
17.10.2012 - 15:38
“Hətta Rusiya millisi də Azərbaycanı çətinliklə məğlub etdi”
“İsrail tənqidçiləri bizi vaxtından əvvəl parça-parça etmişdilər. Rusiya və Portuqaliya millilərinin bizdən güclü olduğu məlumdur. Biz isə öz tempimizlə inkişaf edəcəyik”. Apasport.az saytının xəbərinə görə, bunu DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olan İsrail yığmasının futbolçusu Bibras Natxo deyib.

İsrailli yarımmüdafiəçi mundialın seçmə oyunları haqda fikirlərini açıqlayıb: “Xalları hesablamaq vaxtı gələndə biz də sayacağıq. Şimali İrlandiyanın Portuqaliya ilə heç-heçə etməsi bir daha göstərdi ki, bizim qrupda zəif komanda yoxdur. Hətta Rusiya millisi də Azərbaycanı çətinliklə məğlub etdi”.