“Fənərbaxça” da xal itirdi
20.10.2012 - 23:01
“Fənərbaxça” da xal itirdi
Türkiyə Superliqasında VIII tura start verilib. Apasport.az saytının xəbərinə görə, son çempion “Qalatasaray” Ankarada “Gənclərbirliyi” ilə qarşılaşıb.

Oyuna daha yaxşı başlayan meydan sahibləri fasiləyə 26-cı dəqiqədə Randall Azofeyfanın vurduğu qolla üstün yollanıblar. İkinci hissənin əvvəli isə “Gənclərbirliyi” üçün yaxşı başlamayıb.

4 dəqiqə ərzində əvvəlcə Umut Bulut (54), ardından Johan Elmander (58) dəqiq zərbələrlə “Cim Bom”a üstünlük qazandırıb. Buraxılan qollardan sonra ruhdan düşməyən Ankara təmsilçisi 2 dəqiqəyə yenidən hesabda önə çıxıb.

66-cı dəqiqədə Aykut Dəmir, 67-də isə Jimmi Durmaz “Qalatasaray”ı meydanın mərkəzinə dəvət edib – 3:2.

Amma Fatih Terimin komandası məğlubiyyətdən qaça bilib. 86-cı dəqiqədə Hakan Balta qarşılaşmada vurulan son qolun müəllifi olub.

"Qalatasaray"ın əzəli rəqibi "Fənərbaçxa" da xal itkisi ilə üzləşib. Aykut Kocamanın komandası "Bursaspor"la oyunda 1 xalla kifayətlənib.

19 oktyabr

“Gənclərbirliyi” – “Qalatasaray” – 3:3

20 oktyabr

“Orduspor” – “Elazığspor” - 2:2
“Bursaspor” – “Fənərbaxça” - 1:1
“Antalyaspor” – “Sivaspor” - 4:2


21 oktyabr

“Əskişəhərspor” – “Karabükspor”
“Kasımpaşa” – “Mersin İdman Yurdu”
“Beşiktaş” – “Trabzonspor”
“Akhisar Bələdiyyəsi” – “Qaziantepspor”
“Kayserispor” – “İstanbul BŞB”