Millimiz darmadağınla üzləşdi - YENİLƏNİB
20.10.2012 - 17:54
Bu gün 19 yaşadək qızlardan ibarət milli komandalar arasında Avropa çempionatının seçmə mərhələsi start götürüb. Apasport.az saytının məlumatına görə, yenidən formalaşan Azərbaycan millisinin mübarizə apardığı IX qrupda I turun 2 görüşü baş tutub.
Rusiya ev sahibliyi etdiyi turnirin ilk matçında İsveç və Sloveniya üz-üzə gəlib. Turnirin son qalibi olan skandinaviyalılar rəqibinin qapısından 6 cavabsız qol keçirib.
Meydan sahibləri ilə görüşən yığmamız da darmadağınla üzləşib. Zamin Əsədullayevin yetirmələri 5 cavabsız qolla uduzublar.
Yeni formalaşan, 3 illik fasilədən sonra yaranan millimizin növbəti rəqibi İsveç olacaq. Komandamız bu rəqiblə oktyabrın 22-də üz-üzə gələcək.
Qeyd edək ki, hər qrupda ilk 2 yeri tutanlar, həmçinin III yer sahibləri arasında ən yaxşısı növbəti mərhələyə yüksələcək.
20 oktyabr
İsveç – Sloveniya - 6:0
Baş hakim: Elia Martines (İspaniya)
Krımsk. “Qiqant” İdman Kompleksi
Rusiya – Azərbaycan - 5:0
QOLLAR: Kovalenko, 19, Karpova, 39, 54, Piskunova, 57, Konyuxova, 73
Baş hakim: Konstantina Mpoumpouri (Yunanıstan)

0
0