Daha 2 komanda növbəti mərhələdə
20.10.2012 - 11:00
Daha 2 komanda növbəti mərhələdə
17 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, daha 2 komanda ilkin seçmə mərhələni uğurla adlayıb.

12-ci qrupda sonuncu turun oyunlarından sonra Xorvatiya və İsrail ilk 2 pillənin sahibi olub. Türkiyə yığması isə 3-cü yerin sahibi kimi digər qruplarda mübarizənin başa çatmasını gözləyəcək.

Ilk oyununda İspaniyaya uduzan Azərbaycan milli komandası digər 2 oyunda uğur qazanarsa bu rəqiblər millimizlə növbəti mərhələdə qarşılaşa bilər.

Çünki növbəti mərhələyə adlamaq üçün komandalar ilk 2 yerdən birini tutmalıdır. Bunu bacarmayacan yığmalar isə 3-cü yerin sahibləri arasında 2 ən yaxşıdan biri olmalıdır.

Qeyd edək ki, 13 qrupdan 8-də mübarizə artıq başa çatıb. Xorvatiya və İsrailə qədər Serbiya, Belarus, Almaniya, Finlandiya, Sloveniya, Fransa, İsveçrə, Avstriya, Norveç, Portuqaliya, İrlandiya, İsveç, Çexiya və Rusiya növbəti mərhələyə yüksəlib.