Futbolçularımız üçün “Sevilya” variantı
20.10.2012 - 11:32
17 yaşadək Azərbaycan milli komandasının futbolçuları İspaniyanın “Sevilya” klubunun diqqət mərkəzinə düşə bilər. Apasport.az saytının məlumatına görə, Avropa çempionatının seçmə mərhələsinin Bolqarıstandakı oyunlarında çıxış edən yığmamızın matçlarında Sevilya təmsilçisinin skautu da izləyəcək.
İspaniyaya 0:2 hesabı ilə uduzan Təbriz Həsənovun yetirmələrinin həmin qarşılaşmasını “Sevilya” ilə yanaşı İngiltərə “Liverpul”unun da skautu izləyib. Millimiz qarşıda Polşa və Bolqarıstanla görüşəcək ki, həmin qarşılaşmalarda avropalıların xoşuna gəlmək imkanı olacaq. Qonaqlar bəyəndikləri futbolçuları öz klublarının akademiyasına dəvət etmək niyyətindədir.

0
0