“Azərbaycan üzərində qələbə vacib idi”
20.10.2012 - 11:45
“Azərbaycanla oyun 2 fərqli hissədən ibarət oldu. İlk yarıda daha yaxşı oynadıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri 17 yaşadək futbolçulardan ibarət İspaniya milli komandasının baş məşqçisi Santi Denia deyib.
O, Avropa çempionatının seçmə mərhələsinin Azərbaycan yığması ilə oyunundakı 2:0 hesablı qələbədən razı alıb: “Fasilədən sonra rəqibimiz bir neçə təhlükəli hücum etdi. Bundan sonra topu özümüzdə saxlayıb ötürmələrlə oyuna nəzarət etdik. İlk 40 dəqiqədəki oyunumuz kimi davam etməliyik. Azərbaycanla oyunda ən vacib olanı qələbə qazanmaq idi. Bunu da bacardıq. Deməli oyunu müsbət dəyərləndirmək olar. İlk oyundakı qələbə həm də ona görə vacib idi ki, futbolçular özlərinə inansın, növbəti matçlara daha rahat çıxsınlar. Artıq Bolqarıstanla oyunu düşünürük. İnanıram ki, bu dəfə də 3 xal bizim olacaq”.

0
0