Həm qol buraxdı, həm də döyüldü
20.10.2012 - 13:02
İngiltərə çempionatında maraqlı hadisə baş verib. Apasport.az saytının məlumatına görə, aşağı dəstədə mübarizə aparan tanınmış klublar “Lids” və “Şeffild Uensdey”in qarşılaşması 1 azarkeşin “qəhrəmanlığı” ilə əlamətdar olub. Səfərdə oynayan “Lids”in fanatı komandasının bərabərlik qolundan sonra qeydi-adi hərəkət edib. O, cəld meydana atılaraq rəqib qapıçı Kris Kirklendə yaxınlaşıb. Qol buraxan qapıçıya ikiəlli sillə vuran azarkeş tez də tribunalara qaçaraq gizlənib.
Qeyd edək ki, matç 1:1 hesabı ilə başa çatıb.
Qeyd edək ki, matç 1:1 hesabı ilə başa çatıb.
0
0