Könüllülər təltif edildi - FOTOSESSİYA
20.10.2012 - 14:27
Könüllülər təltif edildi - FOTOSESSİYA
Bu gün Bayıl Stadionunda FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin təşkilində əvəzsiz dəstəyi olan 1000-dən çox könüllünün sertifikatlarla təltifedilmə mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, Yerli Təşkilat Komitəsi heyətinin iştirak etdiyi mərasimdə qurumun sədri, AFFA-nın baş katibi Elxan Məmmədov çıxış edərək regionda ilk dəfə keçirilən FIFA çempionatının təşkil olunmasında könüllülərin rolundan danışıb. O, 200-ə yaxın YTK, 250-ə yaxın FIFA əməkdaşı ilə yanaşı ən çox heyətlə 1000-dən artıq könüllünün çalışdığını qeyd edib və bunun önəmini vurğulayıb. Mərasim könüllülərin YTK sədri və müvafiq departament rəhbərləri tərəfindən sertifikatla təltif edilməsi ilə davam etdirilib.

Mənbə: affa.az