Azərbaycan yığmasında futbolçu qıtlığı
20.10.2012 - 16:11
19 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası problemlə üzləşib. Apasport.az saytının məlumatına görə, Avropa çempionatının seçmə mərhələsinin Rusiyada baş tutan qrup oyunlarına yollanan yığmamızda futbolçu çatışmazlığı var.
Belə ki, yarışa qatılmaq üçün son anda toplanan heyətdə kifayət qədər futbolçu yoxdur. Rusiya ilə bu dəqiqələrdə keçirilən qarşılaşmada oyunun protokoluna da cəmi 16 nəfər daxil edilib. Hərçənd hər komanda bura 18-lik qeyd etməlidir. Görünür baş məşqçi Zamin Əsədullayev 18 oyunçu tapa bilməyib.

0
0