Vaqif Sadıqov: Bir dəfə yıxılan qapıçı gərək qol buraxmasın
20.10.2012 - 17:28
“Komandada müəyyən problemlər var ki, bunu aradan qaldırmağa çalışırıq. Buna baxmayaraq, meydana qələbə üçün çıxmışdıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri AZAL-ın baş məşqçisi Vaqif Sadıqov deyib.
O, Topaz Premyer Liqasının IX turunun “Turan”la qarşılaşmasındakı 0:1 hesablı məğlubiyyətin səbəblərini açıqlayıb: “Oyundan sonra da qapıçımıza öz iradımı bildirdim. Dedim ki, oyun ərzində 1 dəfə yerə yıxılan qapıçı qol buraxmamalıdır. Amma buna baxmayaraq, uduzduq. Komandadakı problemlər üzərində işləməliyik. Lakin növbəti oyuna qədər vaxtımız azdır. Məqsədimiz dəyişmir. Hədəfimiz ilk “altılığ”a düşməkdir”.

0
0