Əfqan Talıbov gələcəkdə öyrənəcək
20.10.2012 - 17:35
“Öncə sələfim Əsgər Abdullayevə yaxşı komanda yaratdığı üçün təşəkkür edirəm. İndi mən müəyyən detallar üzərində çalışıram”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Turan”ın baş məşqçisi Əfqan Talıbov deyib.
Topaz Premyer Liqasının IX turunun özü üçün debüt matçı olan AZAL-la görüşdəki 1:0 hesablı qələbəyə baxmayaraq, çalışdırıcı komandasından tam razı qalmayıb: “Rəqib ilk dəqiqədən bizə oynamaq imkanı vermədi. Matçboyu pressinq altında olduq. Düşünürəm ki, bu, bizim üçün yaxşı dərsdir. Gələcək oyunlarda pressinq altında oynamağı öyrənərik. Sevinirik ki, belə çətin mübarizədə biz qalib gəldik”.

0
0