Bojidar Bandoviç hakimi ittiham etdi
20.10.2012 - 18:13
"Əvvəlcədən dediyim kimi, derbi oyun oldu. "Qarabağ yaxşı, futbol oynamağı sevən komandadı". Apasport.az saytının məlumatına görə, bu sözləri "Bakı" klubunun baş məşqçisi Bojidar Bandoviç "Qarabağ"la oyundan sonra (1:1) keçirilən mətbuat konfransında deyib.
Bandoviç komandasının ilk hissədə zəif təsir bağışladığını bildirib: "İlk hissədə zəif təsir bağışladıq. Fasilədən sonra komandamdan başqa oyun gözləyirdim. Çox asanlıqla top itirirdik. Rəqib cinahlardan çox təhlükəli idi. Buna baxmayaraq, sonadək mübarizə apardıq. Penalti epizoduna gəlincə, həmin vəziyyətdən rəqibin qapısına üç 11 metrlik cərimə zərbəsi təyin edilməli idi”.

0
0