Topaz Premyer Liqasında biabırçılıq: Baş hakim döyüldü
20.10.2012 - 18:38
“Topaz Premyer Liqası”nın IX turunda keçirilən “Qarabağ” – “Bakı” oyunu (1:1) qalmaqala başa çatıb. Apasport.az saytının xəbərinə görə, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşma başa çatandan sonra baş hakim Əliyar Ağayev fiziki təzyiqə məruz qalıb.
Buna səbəb isə Ağayevin ikinci hissənin sonlarında “Bakı”nın qapısına təyin etdiyi şübhəli penalti qərarı olub. 79-cu dəqiqəyədək "zolaqlılar" hesabda öndə olsalar da, "Qarabağ" məhz Almeydanın 11 metrlik nöqtədən vurduğu qolla məğlubiyyətdən qaçıb.
Amma hakimin kim tərəfindən vurulduğu bəlli deyil. Hazırda bununla bağlı araşdırma aparılır.

0
0