“Simurq” haqda ŞOK iddia: “İnter”ə qəsdən uduzdular
20.10.2012 - 19:17
“Simurq” haqda ŞOK  iddia: “İnter”ə qəsdən uduzdular
“Simurq” klubunun azarkeşləri Topaz Premyer Liqasının IX turunun “İnter”lə səfər matçında komandalarının çıxışından narazı qalıblar. Apasport.az saytının xəbərinə görə, Zaqatala təmsilçisinin fanatları sevimli komandalarının “İnter”ə qəsdən uduzduğunu iddia edirlər.

Bu səbəbdən onlar komandanın gürcüstanlı baş məşqçisi Georgi Çixradzeni istefaya səsləyiblər. O Çixradzeni ki, “Simurq”a gəlməzdən öncə məhz “İnter”də həmyerlisi Kaxaber Sxadadzenin köməkçisi olub.

“Simurq”un milli çempionatda “İnter”ə uduzması adi hal alıb. Bu səbəbdən Zaqatala təmsilçisi ilə “İnter” arasındakı matçın nəticəsinin əvvəlcədən müəyyənləşdirildiyi iddia olunur.