Millimiz Polşaya da uduzdu
21.10.2012 - 18:43
17 yaşadək futbolçulardan ibarət Azərbaycanın yığması Avropa çempionatının seçmə mərhələsində bu gün ikinci oyununa çıxıb. Apasport.az saytının məlumatına görə, Təbriz Həsənovun baş məşqçisi olduğu komandamız yer aldığı IV qrupda Polşa ilə üzləşib.
Bu matç millimiz üçün həlledici xarakter daşıyırdı. Belə ki, komandamız yenə uduzarsa, qrupdan şıxmaq şansını itirəcəkdi. İlk turda İspaniyaya 0:2 hesabı ilə uduzan yığmamız Polşaya minimal hesabla yenilib.
Günün digər oyununda isə Bolqarıstan gözlənilmədən İspaniyaya qalib gəlib. Bununla da Həsənovun komandası qrupdan çıxmaq şansını saxlayıb. Belə ki, son oyunda meydan sahiblərinə qalib gəlsək, Polşa isə İspaniyanı yenərsə, xalları bərabər olacaq 3 komandanın şəxsi oyunlarına baxılacaq. Bununla da yığmamız oktyabrn 24-də Bolqarıstana böyük fərqlə qalib gələrsə, 2-ci yeri tutmaq şansına malik olacaq.
21 oktyabr
Azərbaycan - Polşa - 0:1
Stolarski, 42
Baş hakim: Eitan Shemeulevitç (İsrail)
Bolqarıstan. Silven şəhəri. Hadzhji Dimitar stadionu
İspaniya – Bolqarıstan - 0:1
İvaylov, 40+2
Baş hakim: Mikael Yohansen (Danimarka)
Bolqarıstan. Beroe şəhəri. “Stara Zaqora” stadionu

1 | Polşa | 2 | 2 | 0 | 0 | 3-1 | 6 |
2 | Bolqarıstan | 2 | 1 | 0 | 1 | 2-2 | 3 |
3 | İspaniya | 2 | 1 | 0 | 1 | 2-1 | 3 |
4 | Azərbaycan | 2 | 0 | 0 | 2 | 0-3 | 0 |
0
0