Emblem fərqi
20.10.2012 - 23:01
Mahmud Qurbanovun gəlişindən sonra yüksəlişdə olan “Kəpəz”in hesabat turunda “Neftçi”yə uduzmasının səbəbi müəyyənləşib. Düzdü, oyunsonrası mətbuat konfransında gənc çalışdırıcı məğlub olmalarına səbəb kimi bəzi faktlar açıqlayıb. Həmin faktlardan biri gəncəli futbolçuların Avroliqanın qrup mərhələsində mübarizə aparan “Neftçi”dən qorxması imiş.
Bəli, baş məşqçi deyir ki, futbolçuları “Neftçi”dən qorxublar. Axı niyə?
Sən demə, Mahmud bəy düz deyirmiş. Belə ki, “Neftçi” qərblilərlə oyunda meydana avroliqanın emblemi olan formalarla çıxıb. Buna qonaq futbolçular əvvəlcə fikir verməyiblər. Elə bu səbəbdən də erkən qola gəncəlilər imza atıblar. Amma qoldan sonra oyun qızışdıqca, qəfildən qonaqların gözünə rəqib futbolçuların qolunda olan Avroliqa emblemi sataşıb.
Əsl həngamə də bundan sonra başlayıb. Gəncəli futbolçuların bir çoxu bu emblemi görüncə, xəyalən özlərini avroliqa matçında hiss ediblər. Gənc “Kəpəz”li futbolçular boş tribunaları qəfildən dolu arena kimi canlandırıblar, Kanalesi Madrid “Atletiko”sunun forvardı Falkao biliblər. Ona görə də Kanales haradan zərbə vurubsa, daxil olub “Kəpəz”in qapısına.
Gəncəli futbolçular Topaz Premyer Liqasını tamamın unudublar. Arada bir meydanda hətta bir-birinə deyirmişlər ki, “heyf, bu oyun qələbə qazansaydıq növbəti mərhələyə çıxmaq şansımız yüksələcəkdi”.
Bir də ayılıblar ki, bıy, sən demə gördükləri xəyal imiş, rəqib elə “Neftçi”dir ki, “Neftçi”! Bəs, “Neftçi” Topaz Premyer Liqasının oyununa niyə avroliqa emblemi ilə çıxıb ki?
Bax, elə əsas məsələ də budur.
Məktəbli olanda hamımız xüsusi məktəbli forması geyinərdik. Sinifdə kimin imkanlı, kimin imkansız olması, sadəcə geydiyimiz məktəbli formasının Bakı, yaxud Moskva istehsalı olması ilə bilinərdi. Daha şux və parlaq görünən Moskva istehsalı formalarının da sol qolunun üzərində Bakı istehsalı olan formalarda olduğu kimi məktəbli olduğunu bildirən emblem vardı. İndi o illəri xatırlayanda düşünürəm ki, gərək həmin emblemin yerinə uşaq vaxtı sevdiyim qizin şəklini vuraydım. Çünki, sən demə, emblemin hara və nəyə aid olduğunun heç bir əhəmiyyəti yox imiş.
Məni bunu düşünməyə Ramin Musayev məcbur edir. PFL prezidenti Topaz Premyer Liqasının IX turunda “Kəpəz”i qəbul edən “ Neftçi” klubunun meydana Avroliqa emblemli formalarda çıxmasını şərh edərkən qəribə açıqlama verib: “Bunda heç bir problem yoxdu”.
Necə yoxdu Ramin müəllim? Siz indiyə qədər avroliqada çıxış edən hansısa klubun öz ölkəsinin çempionat oyunlarına da Avroliqa emblemli formaları ilə çıxdığı haqqında bircə fakt göstərə bilərsiniz?
Əlbəttə yox! Məsələn, qardaş Türkiyədə belə hal yaşansa çempionatın rəsmi sponsoru olan Spor Toto həmin klubun və federasiyanın pişiyini ağaca dırmaşdırar. Belə çıxır Mingəçevirin “Energetik” klubu oyunlara çıxanda kefi istədiyindən emblemində yekə bir lampa, “Xəzər Lənkəran” isə rəsmi sponsorunun dünya sularında üzən gəmilərindən birinin şəklini çəkməlidir?
Axı, sizin məntiqlə bu məsələdə problem yoxdur.
PFL rəsmisinin bu hadisəyə belə loyal yanaşıb, keçirdiyi çempionatın rəsmi sponsorunun haqqının tapdanmasına göz yumması qeyri-peşəkarlıqdan başqa bir şey deyil.
Peşəkarlıqdan söz düşmüşkən, “Neftçi” tərəfinin bu məsələyə Əsasnamədə bir şey yazılmadığı fikrini önə çəkib, addımlarına haqq qazandırmaları da maraqlıdı. Məgər Əsasnamədə yazılıb ki, futbolçu susuz olanda ancaq su içməlidi? Yəni elementar qaydaların Əsasnaməyə salınmasına qalsaydı, onda qaydaların yazıldığı kitabı ağırlığından 5 nəfər yuxarı qaldıra bilməzdi ki...
Adi bir misal: ölkəmizdə keçirilən 17 yaşadək qızlar arasında dünya çempionatının keçirildiyi stadionlarda FİFA özünün və çempionatın emblemindən başqa harada nə şəkil görürdüsə, dərhal onun üzərini xüsusi yapışqanlarla örtürdü. Bəli, məhz sponsorların haqqının tapdanmamağı üçün. Amma görünür, bizim PFL və qocaman klub ölkəmizdə keçirilən ilk böyük turnirdən də nəsə öyrənə bilməyiblər.
“Neftçi”nin Avroliqanın qrup mərhələsinə düşməsinə hamı sevinir. Amma bunun şitini çıxarmaq, məşhur “görməmişin oğlu oldu...” el misalını sanki daim xatırlatmaq, heç də xoş deyil...

0
0