Kamran Ağayev: Getməyimin səbəbini rəhbərlikdən soruşun
20.10.2012 - 23:12
“Komandanın düşərgəsindən niyə ayrılmağım barədə danışmaq istəmirəm”. Bunu apasport.az saytına “Xəzər Lənkəran”ın qapıçısı Kamran Ağayev deyib.
Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində Polşada “Lex”lə oyundan sonra “Xəzər Lənkəran” rəhbərliyi tərəfindən transferə çıxarılan Ağayev bir müddət klubsuz qaldı.
Bu səbəbdən AFFA prezidenti Rövnəq Abdullayev “Xəzər Lənkəran”ın fəxri prezidenti Mais Mənsimova müraciətində millimizin əsas qapıçısı olan Ağayevin əsas heyətə qaytarılmasını xahiş etmişdi. Kamran isə yığmamızın oktyabrın 16-da Rusiya ilə keçirdiyi görüşün ardından “ağ-yaşıllar”ın məşqlərinə qatılmışdı.
Amma 2 günlük məşqdən sonra Ağayev cənub təmsilçisini tərk etdi. Bununla bağlı mövqeyini öyrənmək istədiyimiz Kamran geniş danışmaq fikrində olmadığını bildirib: “Komandadan niyə ayrılmağımın səbəbini “Xəzər Lənkəran” rəhbərliyi bilir. Yaxşı olar ki, onlardan sorusasız”.

0
0