Runi - həm avtoqol, həm dubl
20.10.2012 - 23:21
Runi  - həm avtoqol, həm dubl
İngiltərə Premyer Liqasında VIII tura start verilib. Apasport.az saytının xəbərinə görə, turnir cədvəlinin ön pilləsində qərarlaşan turu qələbə ilə başa vurublar.

Lider “Çelsi” səfərdə “Tottenhem”i məğlub edib – 4:2. “Stok Siti”ni qəbul edən “Mançester Yunayted” də 4 qol vurub. Özü də bu qollardan üçün Ueyn Runinin hesabına yazılıb.

Belə ki, 11-ci dəqiqədə avtoqol müəllifi olan Runi 27-ci və 65-ci dəqiqlərdə rəqibi cəzalandırıb. “Qırmızı şeytanlar”ın digər qollarına isə van Persi (44) və Uelbek imza atıb.

20 oktyabr

“Tottenhem” – “Çelsi” – 2:4
“Fulhem” – “Aston Villa” – 1:0
“Liverpul” – “Redinq” – 1:0
“Mançester Yunayted” – “Stok Siti” – 4:2
“Suonsi” – “Uiqan” – 2:1
“Vest Bromviç” – “Mançester Siti” – 1:2
“Vest Hem” – “Sautqempton” – 4:1
“Norviç” – “Arsenal” – 1:0

21 oktyabr

“Sanderlend” – “Nyukasl”
KPR – “Everton”