“Rubin” Moskvadan məğlub qayıdır
21.10.2012 - 17:27
“Rubin” Moskvadan məğlub qayıdır
Rusiya Premyer Liqasında XII turun oyunları keçirilib. Apasport.az saytının xəbərinə görə, “Neftçi”nin Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Rubin” Moksvaya səfər edib. Kazan təmsilçisi paytaxtda MOİK-in qonağı olub.

Oyun meydan sahiblərinin üstünlüyü ilə keçib. Bunun nəticəsi kimi, MOİK qarşılaşmadan 3 xalla ayrılıb. Moskvalıların 2:0 hesabıyla qalib gəldiyi oyunda 69-cu dəqiqədə Elm,82-ci dəqiqədə isə Musa fərqlənib.