La Korunyada nəfəsləri kəsən oyun: Messi şou göstərdi
21.10.2012 - 01:49
La Korunyada nəfəsləri kəsən oyun: Messi şou göstərdi
İspaniya çempionatında VIII turun görüşlərinə start verilib. Apasport.az saytının xəbərinə görə, ilk oyun günündə 4 qarşılaşma baş tutub.

Madrid “Real”ı öz meydanında “Selta”nı məğlub etməklə, mövsümdə 4-cü qələbəsini qazanıb. “Kral Klubu”nun əzəli rəqibi “Barselona” isə La Korunyaya səfər edib.

Yerli “Deportivo” ilə görüşdə qapılara 9 top vurulub ki, “Barsa”nın lideri Lionel Messi het-trikə imza atıb.

18-ci dəqiqəyədək 3 qol vuran katalonlar fasiləyədək bu üstünlüyü saxlaya bilməyiblər. Belə ki, 26 və 37-ci dəqiqələrdə “Deportivo” buraxılan qollardan ikisinin əvəzini çıxıb. Amma fasiləyədək Messi dublunu rəsmiləşdirərək, yenidən fərqi artırıb.

Meydan sahibləri ikinci hissəyə qolla başlayıb ki, 47-ci dəqiqədə yenə Pitsi fərqlənib. Bundan az sonra önündə qırmızı vərəqə görən Maskerano “Barselona”nı azlıqda qoyub.

Buna baxmayaraq, katalalonlar Messinin fərdi ustalığı sayəsində beşinci topu vurub. Lakin onların sevinci çox çəkməyib. Oyunda hesabı açan Alba bu dəfə topu öz qapısından keçirib.

“Real” – “Selta” – 2:0
“Deportivo” – “Barselona” – 4:5
“Malaqa” – “Valyadolid” – 2:1
“Valensiya” – “Atletik” – 3:2

21 oktyabr

“Hetafe” – “Levante”
“Espanyol” – “Rayo Valekano”
“Qranada” – “Saraqosa”
“Osasuna” – “Betis”
“Real Sosyedad” – “Atletiko”

22 oktyabr

“Sevilya” – “Malyorka”