Premyer Liqada ölüm: Lider azarkeşinin həyatına son qoydu
21.10.2012 - 08:37
Rusiya Premyer Liqasının hesabat turunda ölüm qeydə alınıb. Apasport.az saytının məlumatına görə, Mahaçqalada keçirilən “Anji” – “Spartak” oyununda meydan sahiblərinin azarkeşi Maqdi Hacıməhəmmədov ürək tutmasından vəfat edib.
Bu haqda “Anji”nin “Vəhşi diviziya” qrupunun rəhbəri Ramazan Qazıyev məlumat verib. O, 52 yaşlı azarkeşin oyunun fasiləsində, doğma komandası hesabda 0:1 geridə olan zamanı dünyasını dəyişdiyini bildirib: “Biz onu yaxşı tanıyırdıq. Maqdi sadiq azarkeş, beş uşağın atası idi. O, “Anji”nin çox oyunlarını izləməyə gəlirdi. Bu, həm ev, həm də səfər oyunlarına aid idi. Ətrafdakıların dediyinə görə, Hacıməhəmmədov komandasının oyununa görə çox həyəcan keçirirdi ki, həmin vaxt “Anji” hesabda geridə idi. Təcili yardım maşını yaxında idi. Maqdini dərhal maşına qoydular. Ancaq o, xəstəxanaya gedərkən yolda öldü. Bu, “Anji”nin azarkeşləri üçün böyük itkidir”.
Qeyd edək ki, Premyer Liqanın lideri olan “Anji” fasilədən sonra 2 qol vuraraq, əzmkar qələbə qazanıb.

0
0