“Yuventus” yeganə məğlubedilməz komanda oldu
21.10.2012 - 09:07
“Yuventus” yeganə məğlubedilməz komanda oldu
İtaliya A seriyasında IX tur mərkəzi oyunlarla start götürüb. Apasport.az saytının məlumatına görə, hər 2 matç meydan sahiblərinin qələbəsi ilə nəticələnib.

Turində çempionatın liderləri – “Yuventus”la “Napoli” üzləşib. Meydan sahibləri çətin qələbəni oyunun son 15 dəqiqəsində meydana çıxan futbolçularının vurduqları qollarla qazanıb. Bununla “Yuve” ötən çempionatı da nəzərə alsaq, məğlubiyyətsiz oyunlar seriyasını 47-ə çatdıraraq, rekordunu davam etdirib. Turinlilər “Napoli”nin uduzmasından sonra cari mövsümdə yeganə məğlubedilməz oldular.

“Milan” isə cari mövsümdə uğursuz çıxışını davam etdirir. Komanda 5-ci məğlubiyyətini Romada olub. Özü də “Latsio” matçın gedişində hesabda 3:0 irəlidə olduğundan, milanlılar böyük hesablı məğlubiyyətə yaxın olub. Ancaq sonradan vurduğu 2 qolla bundan qaçan qonaqların hesabı bərabərləşdirməyə gücü çatmayıb.

“Neftçi”nin Avroliqada son oyunda rəqibi olan, evdə 1:3 hesabı uduzduğu “İnter” bu gün meydana çıxacaq. Milanın digər təmsilçisinin “Katanya” ilə ev oyunu Bakı vaxtilə saat 18:00-da başlayacaq.


20 oktyabr
“Yuventus” – Napoli” – 2:0
“Latsio” - “Milan” – 3:2

21 oktyabr
“Kalyari” – “Bolonya”
“Atalanta” – “Syena”
“Kyevo” – “Fiorentina”
“İnter” – “Katanya”
“Palermo” – “Torino”
“Parma” – “Sampdoriya”
“Udineze” – “Peskara”
“Cenoa” – “Roma”